top of page

Haqqımızda

Biz sizlər üçün çalışırıq

Bioqrafiya

1997-ci ildə yaradılmış Bakinox şirkəti yüksək keyfiyyətli kommersiya tipli mətbəx avadanlığının istehsalı, quraşdırılması, təmiri və servisi üzrə uzun müddətdir fəaliyyət göstərir.

Restoranları, bufetləri, yeməkxanaları, çörək bişirmə , şirniyyat və digər tipli sexlər, barları, bistroları və daha çox geniş miqyaslı layihələr üçün avadanlıqların istehsalı və ümumi prosesin idarə olunması və tam təchiz olunması üçün, dayanıqlı mətbəx ləvazimatları ilə təmin etmək üzrə, 25 ildən artıq təcrübəmiz mövcuddur.

Əlverişli, etibarlı və peşəkar performansı dəstəkləmək üçün hazırlanmış paslanmaz metaldan olan mətbəx avadanlıqlarımız, əsasən kiçik biznes, otel, restoran və digər kommersiya sahibkarları müştərilərimiz olaraq, üstünlük təşkil edir. Biz istehsal etdiyimiz məhsullar və yüksək səviyyəli müştəri xidmətimiz ilə fəxr edirik.

Münasibətlər

İşgüzar münasibətlərin əlamətlərinə etibar, sədaqət və ünsiyyət daxildir. Uzunmüddətli işgüzar əlaqələrin müvəffəqiyyəti etimaddan asılıdır, çünki bu, işçilərin məmnunluğunu, əməkdaşlığı, motivasiyanı və innovasiyanı gücləndirə bilər. Eynilə, loyallıq şirkətlərə yüksək keyfiyyətli xidmətlər göstərməklə bu sədaqəti geri dönüş olaraq işçilərlə güclü və davamlı əlaqələr qurmağa kömək edir.

Təcrübə

Artıq 25 ildən artıqdır ki, peşəkar mətbəx avadanlıqları istehsalı, servisi və təchizatı ilə bağlı müştərilərimizə xidmət göstəririk. Təcrübələrimizin əsas meyarı loyallıq və yüksək keyfiyyətdir. Bu sahədə çətin həll olunan problemlərin həlli və vaxtında aşkara çıxarılması isə, peşəmizin gizli üstünlüklərindən biridir.
 

Məsuliyyət

Biz, istehsal etdiyimiz avadanlıqların üzərinə "Bakinox" loqonu vurmamızın səbəbi digər şirkətlərdən fərqimizi göstərmək deyil, istehsal etdiyimiz avadanlıqların keyfiyyətində, məsuliyyətini öz üzərimizə götürdüyümüz üçündür.

steel-tube-5528518.jpg

Missiyamız

Hədəfimiz keyfiyyət və sizə özəl layihənin, uğura nail olmasıdır   

Hədəf və missiyamız layihə və avadanlıqların düzgün olaraq daha produktiv nəticələr əldə edilməsi üçün təyin olunan əraziyə əsasən personalın maksimum rahatlığını təmin etməkdir.

1. Trafik
Mətbəx daxilində tərtib olunan trafikin sıxlığı, bir çox mətbəxlərin başlıca problemlərindən biridir. Düzgün qaydada qurulması, heyətin daha komfortlu və çevik hərəkət etməsinə yardımçı olur.

2. Təmizlik
Tərtib olunan layihədə bişiricilər, hazırlıq bölümü, qab yuma bölümü və digər bölümlər daxil, gigiyenaya uyğun qaydalara əsasən nizamlanır.

3. Avadanlıqların seçimi
Layihələrdə avadanlıqların seçimi düzgün etmək, təmin olunacaq ərzaq və ya menyuya əsasən və ən əsası iaşə obyektinin qəbul edəcəyi müştəri sayına uyğun olaraq təyin olunmasıdır.

 

bottom of page